adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 13:18
56
MƏDƏNİYYƏT
A- A+

"Çəkilən filmlərdən 15-i Vətən müharibəsinə həsr edilib" - Nazir müavini

"Son 2 ildə kino sənayesi sahəsində ölkəmizdə 71 film istehsalına başlanıb: “Bunların 50-si təhvil verilib. Çəkilən filmlərindən 15-i Vətən müharibəsinə həsr edilib. Hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı böyük filmin çəkilişi davam edir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, son 2 ildə 30-a yaxın filmimiz beynəlxalq kino festivallarında iştirak edib: Artıq Kino Agentliyi tərəfindən 7 animasiya filmi çəkilir, biri artıq təhvil verilib. Yeni istiqamətlərdən biri tarixi filmlərin çəkilməsidir. Bunun üçün Türkiyədəki tarixi filmlərin çəkildiyi poliqonlar ziyarət olunur. Kino sənayesinin inkişafı hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Xarici film istehsalçıları ölkəmizdə mədəniyyətimizi tərənnüm edən filmlər çəkdikdə xərclərin 40 %-i Azərbaycan tərəfindən qarşılanır. Film sahəsi ilə bağlı qeyd etməliyəm ki, növbəti illərdə də bu dinamikanın saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir”.