adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2019 17:42
16453
ƏDƏBİYYAT

Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edilib - Fotolar

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional filialı 28 fevral 2019-cu il tarixdəKürdəmir şəhər 6 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmlinümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının120 illiyi münasibətilə tədbir keçirib.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına MilliAzərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrəfəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq klassik ədəbi irs zəminindəyetişən ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikvə müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızıntəşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından, əsərlərininmilli teatrda mühüm hadisə kimi dəyərləndirilməsindən, Azərbaycan millikinosunun yaranması və inkişafında müstəsna rol oynamasından danışmışdır.

Tədbirdə məktəbindil-ədəbiyyat müəllimi Flora Yaqubova məruzə edərək C.Cəbbarlının əsərlərininAzərbaycan tarixinin bədii ifadəsi olmasından, Azərbaycan ədəbiyyatı tarixindəbir epoxanı əks etdirməsindən bəhs etmişdir.

Cəfər Cabbarlının həyat və yaradıcılığından məqamları əks etdirən qısa sənədli filminnümayişindən sonra söz məktəbin şagirdlərinə verilmişdir. Məktəblilər ədibin"Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına”, "Oxu bülbül”, "Məhəbbət aləmi qəmdir”,"Tellər oynadı”, "Azad bir quşdum”, "Dan ulduzu” şeirlərini onun sözlərinəbəstələnmiş musiqi sədaları altında söyləmişlər.

Şagirdlərin oynadıqları"Almaz”, "Oqtay Eloğlu” dram əsərlərindən bir parça və səhnələşdirilmiş"Dilarə” hekayəsi tamaşaçıların alqışı ilə qarşılanmışdır.

Tədbirin sonundaməktəbin diriktoru Elmira Süleymanova çıxış edərək dövlətinizin Cəfər Cabbarlışəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, ölkə prezidentininyazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasınınbuna bariz nümunə olmasından bəhs etmişdir.