adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Sentyabr 2015 12:07
19089
ƏDƏBİYYAT

Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı sayt genişləndirilib

Görkəmli dramaturq Cəfər Cabbarlının 110 illiyimünasibətilə yaradılmış www.cafarcabbarli.orgsaytı dramaturqu yaradıcılıq irsi ilə dahada zənginləşdirilib. Adalet.az sözügedən sayta istinadən xəbər verir ki,dramaturqun həyatı və yaradıcılığı haqqında geniş məlumatları özündə toplayansaytdan artıq onun dram əsərlərini də oxumaq mümkün olacaq.

Saytda ədibin həyatı və yaradıcılığı, ev muzeyihaqqında məlumatlarla tanış olmaq, dram əsərləri, hekayələr, məqalələr, poema,lirik və satirik şeirlərini oxumaq mümkündür.

Xatırladaq ki, www.cafarcabbarli.org saytı 2009-cu ildə Cəfər Cabbarlının anadanolmasının 110 illiyi münasibətilə yaradılıb. 2010-cu ildə "Milli Net” Milliİnternet Mükafatı müsabiqəsində "Mədəniyyət, incəsənət və turizm saytları”nominasiyasında 2-ci yer tutub.

Cəfər Cabbarlı 1899-cu ildə Xızı rayonunda doğulub. Dramaturgiya ilə yanaşı şair, nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor kimi də tanınıb. 1934-cü ildə ürək iflicindən dünyasını dəyişib.