adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2019 16:07
11178
ƏDƏBİYYAT

CAZİBƏ

(təəssürat-esse)

Hər dəfə Günəş cümə gününün başlan­dığınıbə­yan eləyəndə Saleh Qur­banovun düşüncələrində qəribə bir yerdə­yişmə baş­layır.O, nəzərdə tutduğu işləri gün ərzində görüb ba­şa çatdıra bilmir. Özün­dənasılı olmayaraq daşı-daş üstə qoymağı başqa günə təxirə salır. Ağac ək­məkistəyəndə də bu hal təkrar olunur. Əkiləcək, bel­lənəcək sahəni uşaqlara həvaləedir. Qoyun-quzu­ya baxmaq işi də eləcə… Ədəbiyyat müəlliminin daha vacib üçişi var: şagirdlərin yazı işlərini yoxlayıb qiymətlən­dirmək, mütaliyə etmək vəbədii yaradı­cılığı ilə məşğul olmaq. Saleh müəllim həftənin cümə günüöhdəsində olan işlərin heç birini lazımınca yarıtmır.

Çünki səbəb var. Bu səbəbin adı cazibədir. Məkanıda Gəncə şəhəri, İnzibati binanın sağ cinahının dördüncü mər­təbəsində geniş vəişıqlı bir otaq. Bu otağın qapısına bir ta­nın­ma lövhəsi vurulub: AzərbaycanYazıçılar Birliyinin Gən­cə şöbəsi.

Hər həftənin cümə – beşinci günü bədiiyaradıcılıqla məşğul olan qələm sahibləri saat 2 tamamda bu işıqlı otağatoplaşır, yeni yazılarını müzakirəyə ötürür, bəzən də müxtə­lif məzmunlutədbirlərin iştirakçısına çevrilirlər. Bax, Saleh Qurbanov da uzaq yolu qətedib özünü cümə gününün təd­birinə yetirir. Və bu iştirakdan xoşhal olur,mənəvi cəhətdən sənət həzzi duyur. O, işlərini yarımçıq qoyub bu yığıncağa ona