adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2017 19:18
82781
MÜSAHİBƏ

Cavanşir Paşazadə: “İslahatlar aparılmalıdır” - MÜSAHİBƏ

Millət vəkili Cavanşir Paşazadə "Ədalət” qəzetinəmüsahibə verib. O, müsahibəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, MehribanƏliyevanın Azərbaycanın birinci vitse-prezidenti seçilməsi, ABŞ və Rusgenerallarının Bakı görüşü və digər məsələlər barəsində danışıb. Müsahibəni sizətəqdim edirik.

-Cavanşirmüəllim, ötən günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban ƏliyevaAzərbaycanın birinci vitse-prezidenti seçildi. Bu təyinatla bağlı sizin fikirlərinizibilmək istərdik.

- Heydər Əliyev Fondunun prezidenti, UNESCO vəISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın AzərbaycanRespublikasının birinci vitse-prezidenti seçilməsi təbii ki, çox düzgün bir qərardır.Mehriban Əliyevanın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki Mehriban xanım fəaliyyəti dövründə hər zamanAzərbaycanın haqq səsini dünyaya tanıtmaq yönündə addımlar atıb. Prezidentİlham Əliyevin yürütdüyü siyasətin ən güclü təbliğatçısıdır. Və eyni zamanda Azərbaycanmədəniyyətini, Xocalı soyqırımını dünyaictimaiyyətinə lazımi səviyyədə tanıdıb.Azərbaycan muğamı bu gün demək olar ki, bütün dünyada qəbul olunur. Muğamısevə-sevə dinləyirlər. Bununla yanaşı bir çox beynəlxalq tədbirlərin ölkəmizdəkeçirilməsi zamanı Mehriban xanımın əvəzsiz xidmətləri olub. "Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsini bunamisal olaraq göstərmək olar. 2015-ci ildəbirinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsininvə onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub.Təsadüfi deyil ki, bu ilkeçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvaləedilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksəksəviyyədə aparılır. Mən öz növbəmdə seçildiyim 75saylı Lənkəran-Masallı seçki dairəsinin seçiciləri adından Mehribanxanımı təbrik edirəm.

-Birincivitse-prezidentlik institutu Azərbaycanda yeni formalaşmış bir institutdur. Buinstitut ölkəmizin inkişafına nə kimi töhfələr verəcək?

-Beləbir institutun formalaşdırılması zərurətdən irəli gəlir. Zamanın tələbidir. Bu idarəetmə sisteminin təkmilləşdirilməsibaxımından mühüm bir amildir. Məhz belə bir instituta Mehriban Əliyevanın rəhbərliketməsi isə təqdirəlayiqdir.Konstitusiyaya edilən əlavə və dəyişiklərə görə, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədəngetdikdə60 gün müddətindənövbədənkənar Azərbaycan RespublikasınınPrezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeniPrezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətləriniAzərbaycanRespublikasınınBirinci vitse-prezidentiicra edir. Konstitusiyada göstərilən60 gün müddəti çox önəmlidir. Məlumdur ki, ölkədə və eləcə də regionda Azərbaycanısevən qüvvələrlə yanaşı sevməyən qüvvələr də var. Bu qüvvələr hər bir vəziyyətdənistifadə edib hökumət çevrilişi və ya hansısa bir xoşagəlməz hadisələri törətməkdəmaraqlıdırlar. Belə olan halda birinci vitse-prezident institutu hökumətinsaxlanılmasını, mənfur istəkli insanların arzularının reallaşmamasını təmin edəcək.

-Cocuk Mərcanlı kəndinin yenidən qurulması istiqamətindəişlər uğurla davam etdirilir. Şeyx həzrətləri ötən gün KİV-ə verdiyi açıqlamadaCocuk Mərcanlıda məscid tikiləcəyini deyib...

-Bildiyiniz kimi AzərbaycanPrezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayılrayonunun Cocuk Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamimzalayıb. Artıq sərəncamdan irəli gələn işlərin icrasına başlanılıb. Çox mühümişlər görülüb. Artıq Cocuk Mərcanlıda insanların rahat yaşaması üçün lazım olanbütün infrastruktur işləri həyata keçirilir. Ötən günlərdə Şeyx həzrətləri dəCocuk Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcəyini bildirib. Bu ideya cənabprezident İlham Əliyevə məxsusdur. Bu, təbiiki, gözəl hissdir.

-Buyaxınlarda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin Cocuk Mərcanlıyasəfəri təşkil olundu. Millət vəkili olaraq sizin və həmkarlarınızın Cocuk Mərcanlıyasəfəri gözlənilirmi?

-İlk öncə onuqeyd edim ki, xarici ölkə səfirlərinin Cocuk Mərcanlıya səfəri çox müsbət biraddımdır. Bildiyiniz kimi, səfər Azərbaycan prezidenti İlhamƏliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadiinkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuşkonfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.Ölkəmizdə fəaliyyətgöstərən 55 diplomatın da Cocuk Mərcanlıya səfər etməsi, onların Cocuk Mərcanlının 5 ay erməni işğalındaqaldığı dövrdə xarabalığa çevrildiyinin şahidi olması bir daha onu deməyə əsasverir ki, Ermənistan dövləti vandalizmlə, günahsız insanları qırmaqlaməşğuldur. Bu eyni zamanda Azərbaycanın gücünü ortaya qoydu. Artıq onlar dabilirlər ki, Azərbaycan ordusu çox güclüdür. Hər zaman işğal altında olantorpaqları işğaldan azad etməyə qadirdir.

Millət vəkili kimi mənim və həmkarlarımda istədik bu səfər olsun. İnşallah yaxıngünlərdə bu səfər reallaşar.

-Bir sıraqərb politoloqları deyir ki, Aprel döyüşləri təkrarlana bilər. Sizzcə bumümkündürmü?

-Azərbaycan hər an işğal altında olantorpaqları düşmən işğalından azad etməyə qadirdir. Cənab Prezidentin dəyürütdüyü siyasətin qayəsində bu dayanır.Azərbaycan tərəfi istəyir ki, bu problem sülh yolu ilə öz həllinitapsın. Ermənistan isə hələ gözləmə mövqeyindədir. Onlar sanki gözləyir ki, nəsəfövqəladə bir hadisə baş verəcək və Azərbaycan öz əzəli torpaqlarından vaz keçəcək.Ancaq bu heç cür mümkün deyil. Azərbaycan ən qısa vaxtda öz doğma torpaqlarınayiyələnəcək. Aprel döyüşləri də bunu göstərdi. Bu, Ermənistana bir siqnal idi.Eyni zamanda ora sərmayə yatıran şirkətlərə bir siqnal idi ki, o torpaqlarbizimdir. Hər an o torpaqları geri qaytara bilərik. Qaldı ki, Aprel hadisələrinintəkrarlanmasına... Mən deyərdim ki, əgər Ermənistan öz konstruktiv mövqeyindəngeri çəkilməsə, öz bildiyini eləsə, Aprel döyüşləri təkrarlanacaq və ondan minqat ağır olacaq.

-ABŞ vəRusiya generallarının Bakı görüşü barəsində nə deyə bilərsiniz?

-Müstəqillik əldə edəndən sonra HeydərƏliyevin Azərbaycanda yaratdığı davamlı iqtisadiyyat İlham Əliyevin apardığıdüzgün siyasət nəticəsində Azərbaycanın bütün sahələrdə uğur qazanmasına səbəbolub. İqtisadi artım, texnika və texnologiya sahəsində mühüm irəliləyişlər, təhsil,elm, eləcə də digər sahələrdə qısa vaxtda əldə edilən uğurlar bir daha onu deməyəəsas verir ki, Azərbaycanın qüdrəti artır. Eyni zamanda ölkəmizdə təhlükəsizliyinbərqərar olması, Azərbaycanın yerləşdiyi coğrafi məkanda ən etibarlı ölkəolması bu görüşün məhz Bakıda keçirilməsinə rəvac verən amillərdən biridir. Cənabprezident Münhen görüşlərində də bunu açıq-aydın bəyan etdi ki, Azərbaycanınheç bir ölkənin torpağında gözü yoxdur, heç bir ölkənin daxili işinə qarışmır. Artıqdünya da Azərbaycanın mövqeyini bilir. Belə olan halda artıq dünya dövlətləriAzərbaycanla məsləhətləşməyə, razılaşmağa başlayıb. Bakıda belə mühüm görüşlərin keçirilməsi Azərbaycan dövlətinə olan rəğbətdir. Bu, Azərbaycanın uğurudur və gələcəkgörüşlər üçün də böyük zəmin yaradır.

-Novruzbayramında ƏFV fərmanının olması gözlənilir...

-Prezidentİlham Əliyev dünya liderləri arasında özhumanistliyi ilə seçilən liderlərdəndir. Novruz bayramında da biz dövlətbaşçısının növbəti humanist addımının şahidi olacağıq. Əfv fərmanınınimzalanması artıq Azərbaycanda bir ənənə halını alıb. Çox gözəl bir ənənədir. Bu fərman bayram ərəfəsindəbir çox ailəyə sevinc bəxş edəcək.

Bununlayanaşı mən bir məsələyə diqqət yetirmək istəyirəm. Ötən günlərdə prezidentİlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədarolmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqiningenişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Mən bunu dəstəkləyirəm. Bu sərəncam tarixi əhəmiyyətəmalikdir. Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsiilə bağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbuledib. Prezidentin imzaladığı sərəncam həmin sənədlərin davamıdır.

-Cavanşir müəllim, ancaqbir sıra qanunlarımızda ciddi boşluqlar var...

-Bəli, bu gün də bəzi qanunlarımız var ki, buqanunlarda ciddi boşluqlar var. Hətta deyərdim ki, SSRİ-dən qalmış qanunlarlaişləyirik. Baxın, bir gənc özü də bilməyərəkdən hər hansı bir cinayət törədir.Baş verən hadisədən sonra türmə həyatı yaşayır. İndi gəlin görək həmin şəxstürmədən sonra real həyata adaptasiyaola bilirmi? Xeyr. Həmin şəxsin həyatı artıq məhv olur. Düşünürəm ki, bu yöndəhumanist qərarlar qəbul olunmalıdır,islahatlaraparılmalıdır. Sovet dövründə yoldaşlıq məhkəmələri var idi. Belə şeyləri təbliğeləmək lazımdır.Başqa bir misal çəkim. Bizdə görünməyib ki, məhkəmələrdəözünü maşın altına atan sərnişin yox,sürücü haqlı çıxsın. Belə hal baş verməyib. Ancaq bir sıra ölkələrdə bu məsələlərləbağlı qanunlar var və özünü maşın altına ataraq ölən və ya xəsarət alan piyadaməsuliyyətə cəlb olunur. Götürək alkoqolizmi.Mən alkoqolizmlə bağlı qanunun sərtləşdirilməsinin tərəfdarıyam. Deməli, üstündə tapançası olan aydın məsələdirki, maqazində olan güllələrin sayı qədər insanı öldürə və ya yaralaya bilər. Ənsonda həmin şəxs qarşısındakını vurub-vurmamaq yönündə düşünə bilər. Ancaq içki qəbul edib sükan arxasında oturansürücü isə canlı bir bombadır. Bizdə isə belə sürücülər ilkin olaraq yüksək məbləğdəcərimələnir. Bəzən bu cərimələr də işəyaramır.

Yolda qalan polisi söyür. Biz də buna hərdənrast gəlirik. Polis nə siqaret çəkə bilir, nə otura bilir, nə dura bilir. Heçkimlə möhkəm danışa bilməz. Yayda elə qaralır ki, qışda da ağara bilmir. Bu ədalətdirmi? GəlinYol Polislərini şəhərə buraxmayaq. Görün onda tıxacla bağlı hansı vəziyyət yaranacaq. Yolmüfəttişinin işi odur ki, maşını saxlasın, sənədləri yoxlasın. Onlar bizim düşmənimiz deyil ki, nə üçün bu bizə qıcıq verməlidir?

-Seçicilərinizlə görüşləriniz olur. CavanşirPaşazadənin seçicilərinin nə kimi problemi var?

-Seçicilərləgörüşləri mütəmadi olaraq həyata keçiririk. Demək olar ki, əsas suallar vitse-prezidentlərkim olacaq, Yol Xəritəsi və kənd təsərrüfatı ilə bağlı olur. Bir vaxtlar yolinfrastrukturu, qaz, işıqla bağlı problemlər yoxdur. Cənab Prezident Lənkəranda kənd yollarının tikintisinə və yenidənqurulması ilə bağlı 3 sərəncam imzalayıb. Hətta bu yolların açılışında özü şəxsəniştirak edib. Bu, cənab prezidentin Lənkəran camaatına olan hörməti idi.

-Seçicilərinproblemləri nədən ibarətdir?

-Mən bunutək öz seçicilərimə yox, bütün ölkədə yaşayanlara şamil edərdim ki, bu gün yerlərdəən ciddi problem fərdi təsərrüfat sahiblərinin torpaqlardan səmərəli istifadəedə bilməməsidir. Fermerlər öz istehsaletdiyi məhsulları bazarlara çıxarmaqda çətinlik çəkirlər. Burda əsas yük Kənd TəsərrüfatıNazirliyinin üstünə düşür. Acaq baxırsan ki, kəndçi istehsal etdiyi məhsulubazara çıxaranda müəyyən problemlərlə üzləşir. Bazarlara baxırsan alverçilərbazarları zəbt ediblər. Kəndçi bazarın 30 metrliyinə belə yaxınlaşa bilmir. Kənardaduran alverçilər isə məhsulları çox ucuz qiymətə alırlar. Kəndçi də baxır ki, əkdiyiməhsuldan əldə etdiyi dəyər heç onun əziyyətini ödəmir. Bütün bunlarla bağlısistemli iş aparılmalıdır. Bu sistem əvvəllərbizdə olub. Tədarük Mərkəzləriyaradılmalıdır. Kəndçi bilməlidir ki,kartofu əkəcəksə, ondan nə qədər gəlir götürəcək. Kəndçi üçün şərait yaradılmalıdır. Çox təəssüfki, indi belə bir şərait yaradılmır. Bunu yaratmaq lazımdır.

-Sonzamanlar cənubdan olan soydaşlarımızın Ermənistandan siyasi sığınacaq istəməsinənecə münasibət bildirərdiniz?

-Bu hər bölgədən ola bilər. Şahid adlı birisiçıxıb belə bəyan edib ki, talış dilində məktəb açılsın. Mən talışam. Bu diligözəl bilirəm. Talış dilində kitab gətir oxuyum. Ancaq kitabda olanlar hansıelmə əsaslanacaq? Övladlarım indi ingilis dilini öyrənir. Mən onları ingilisdilində yox, talış dilində hazırlaşdırmalıyam? İndi cənub bölgəsində 18 yaşındanaşağı olanlar heç bu dili bilmirlər. Bunu heç kim istəmir.


Ədil Ədilzadə