Canavar 16 yaşlı oğlana hücum etdi - ZAQATALADA
Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti iləZaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX)daxil olub. Məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla həmsərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.
Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır.
Digər Xəbərlər
28 Aprel 2024 12:51
Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:13