Bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - AYNA
Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Adalet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.
Məlumata görə, bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Qeyd edək ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.
Digər Xəbərlər
21 Yanvar 2026 11:32
"İnsanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər" - Deputat
21 Yanvar 2026 11:24
Qarlı hava qatarların hərəkətinə təsir edib?
21 Yanvar 2026 10:47
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
21 Yanvar 2026 10:04
Azərbaycanın ən bahalı qoruqları hansılardır? - QİYMƏTLƏR
21 Yanvar 2026 08:25
Bakının bu yolları buz bağladı - MƏLUMAT
20 Yanvar 2026 19:12
"Toy kostyumunu yatağın üstünə qoyub, canlı İlham yaratmaq istəyib..." - VİDEO
20 Yanvar 2026 18:10
Cəlilabadda intensiv yağışlar - Ciddi fəsadlar qeydə alındı
20 Yanvar 2026 18:00


Bakı -°C

