Ötən il Azərbaycanda ən çox cəzalandırılan televiziya hansıdır? - RƏSMİ
2025-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”, "ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilmiş, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”-in yayımı 24 saatlıq, "Space TV"-nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilmişdir. Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TV Azərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunmuşdur.
Adalet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 2024-cü ilin sonunda elan edilmiş 2 paralel müsabiqəyə 2025-ci ilin əvvəlində yekun vurulub:
"Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunaraq onlara ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilmişdir.
Bundan başqa, Audiovizual Şuraya daxil olan müraciətlər əsasında “TV1 Media” MMC-yə (televiziya kanalının adı: “TV1”), “Sport TV.AZ” MMC-yə (televiziya kanalının adı: “Sport TV 2”), “TV NET OTT” MMC-yə (televiziya kanalının adı: “Start Turan”), “Uninet” MMC-yə (televiziya kanallarının adı: “CityNet Hits” və “CityNet Premiere”) ümumi olaraq il ərzində 5 peyk yayımı həyata keçirməyən platfroma yayımçısı lisenziyası verilmişdir".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

