"Bundan böyük sosial rifah göstəricisi təsəvvür edə bilmirəm" - Nazir müavini
"Bu gün biz tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb. Yəni, bundan böyük sosial rifah göstəricisi təsəvvür edə bilmirəm. Orta aylıq əməkhaqqında 82 faiz artımlar əldə olunub. Sosial ödənişlərlə bağlı islahatlarımız ardıcıl xarakter daşıyır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, əmək pensiyaları sahəsində də geniş islahatlarımız olub: "Bu islahatlar həm pensiyaların məbləğlərinin, yəni, minimum pensiya məbləğinin, orta pensiya məbləğinin artırılmasına yönələn islahatlar olub. Eyni zamanda burada inzibatçılığın təkmilləşdirilməsinə yönələn islahatlar olub. Pensiya sisteminin, sığorta pensiya sisteminin əhatə dairəsinin böyüməsinə yönələn islahatlar olub. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın orta məbləği 2,7 dəfə artıb və bu proqramın həyata keçirilməsinə büdcədə artımla vəsait nəzərdə tutulub".
Digər Xəbərlər
30 Sentyabr 2026 12:29
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
30 Sentyabr 2026 11:31
“Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir”
30 Sentyabr 2026 10:17
“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq...”
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22


Bakı -°C

