Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı
Parkinson xəstəliyinin əlamətləri saçlarda gizlənə bilər.
Adalet.az xəbər verir ki, bu barədə tədqiqat “iScience” jurnalında dərc edilib.
Belə ki, çinli tədqiqatçılar bu nəticəyə xəstəlik diaqnozu qoyulmuş 60 xəstənin saç nümunələrini təhlil edib, onları eyni yaşda olan sağlam fərdlərin nümunələri ilə müqayisə etdikdən sonra gəliblər.
Parkinson xəstəliyi olan xəstələrin saçlarında dəmir və misin daha aşağı səviyyədə olması, manqan və arsenin yüksək konsentrasiyaları ilə yanaşı aşkar edilib.
Müəlliflər hesab edirlər ki, bu göstərici diaqnostik potensiala malikdir. Çünki saç qan və ya tüpürcəkdən fərqli olaraq bədəndəki uzunmüddətli dəyişiklikləri əks etdirə bilir.
Vurğulayırlar ki, tədqiqat hələ ilkin mərhələdədir və daha böyük nümunələrdə təsdiq tələb edir. Nəticələr təsdiqlənərsə, gələcəkdə Parkinson xəstəliyinin erkən aşkarlanması üçün yalnız saç tellərinin təhlili kifayət edəcək.
Digər Xəbərlər
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11
Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyi cavab edir
17 Fevral 2026 10:07
Ətraf mühit və sağlamlıq nümunələrinin tədqiqi: RGEM-də nələr yoxlanılır?
16 Fevral 2026 16:48
Sağlam yaşlanmağın 5 sirri - VİDEO
16 Fevral 2026 10:46
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
13 Fevral 2026 12:43


Bakı -°C

