"Bu vəzifələr borclanmaya müraciət edilmədən həyata keçirilib" - Mikayıl Cabbarov
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib", - deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır:
"Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır".
Digər Xəbərlər
16 Noyabr 2026 12:17
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
16 Noyabr 2026 11:54
Nazir manatın məzənnəsindən danışdı
16 Noyabr 2026 11:27
"Hərbçilərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzində olacaq" - MM sədri
16 Noyabr 2026 11:17
"Əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür" - Spiker
16 Noyabr 2026 11:00
Baş nazir və hökumət üzvləri Milli Məclisdə - Büdcə müzakirəsi başladı
16 Noyabr 2026 10:54
Torpaqlarında heç vaxt Günəş batmayan imperiya - Britaniya ilə Azərbaycan necə strateji tərəfdaş oldu?
16 Noyabr 2026 10:41
“Şübhəsiz, münasibətlər inkişaf edib dərinləşməsəydi...”
16 Noyabr 2026 10:29


Bakı -°C

