"Bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir" - Deputat
“Qanunvericilik prosesindən sonra məsuliyyət məsələlərinin həlli də gələcəkdə nəzərdə tutulacaq. Çünki hansısa qadağanedici norma tətbiq olunursa, onun sonradan məsuliyyət məsələsi də öz həllini tapmalıdır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
“Burada birinci növbədə elektron komponentli siqaretlərin idxalı, ixracı, istifadəsi, istehsalının qadağan edilməsindən söhbət gedir. Qanun layihəsi bu məmulatın istifadəsi, həm də onun yayılmasının qarşısını almağı hədəfləyir. İlk növbədə ictimai sağlamlığın qorunması hədəfi güdülür. Çünki bu, getdikcə yayılmaqdadır. Hardasa 15%-ə yaxın 13-15 yaşına çatmış uşaqlar tərəfindən bunun istifadəsi baş verir. Xüsusilə qadın cinsinə mənsub insanların bu məmulatdan istifadəsi daha da yayğınlaşır. İlkin mənada əyləncə kimi nəzərdə tutulan bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir. Ona görə biz bunu indidən etməliyik ki, gələcək nəsilləri qorumaq mümkün olsun", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
10 Mart 2026 13:12
Prezidentin tapşırığı ilə İrana humanitar yardım göndərildi - FOTO - VİDEO - YENİLƏNİB
10 Mart 2026 12:27
Prezident Naxçıvanla bağlı dəyişiklikləri təsdiqlədi
10 Mart 2026 11:40
“ABŞ-nin hazırkı vəziyyətdə atəşkəsə getməsi, İranın...”
10 Mart 2026 11:21


Bakı -°C

