“ABŞ-nin hazırkı vəziyyətdə atəşkəsə getməsi, İranın...”
“ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Həmçinin Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmişdi:
“Eyni zamanda ABŞ və İsrail aviasiyası havadan zərbələr endirirdi. Buna baxmayaraq, Yəməndə husiləri devirmək mümkün olmadı. Səudiyyə Ərəbistanı yüzlərlə canlı qüvvə və xeyli hərbi texnika itirərək faktiki olaraq məğlub oldu. Hazırda İran uzunmüddətli müdafiə strategiyasına keçib. Ölkə daxilində isə xalqın bir hissəsi artıq meydanlara çıxaraq yeni Ali dini rəhbəri dəstəkləyir. Əgər ABŞ və İsrail hərbi əməliyyatları dayandırarsa, bu İran tərəfindən şübhəsiz qələbə kimi təqdim olunacaq. Belə bir vəziyyətdə İran regionda əsas güc mərkəzlərindən birinə çevrilə bilər.Bu isə ABŞ-ın beynəlxalq mövqelərinə ciddi zərbə vura, İsrailin təhlükəsizliyini isə sual altına qoya bilər. Məhz buna görə də ABŞ və İsrailin hazırkı hərbi əməliyyatları dayandırması regionda yeni təhlükəli vəziyyət yarada və ABŞ üçün hərbi-siyasi fiasko olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

