adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 17:05
69
DÜNYA
A- A+

"Bu, Türkiyəyə 2 trilyon dollara başa gəlib" - Ərdoğan

"Terrora qarşı silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib".

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki (TBMM)çıxışında deyib. 

Onun sözlərinə görə, ötən il başlayan PKK-nın tərksilah edilməsi Türkiyənin iqtisadi artımını sürətləndirəcək: "İqtisadi dirçəlişimizin digər hərəkətverici qüvvəsi Türkiyənin terrorizmdən azad olması prosesidir. Ölkəmizə 2 trilyon dollardan çox ziyan vuran terrorizm problemini həll etdikdə, ümid edirəm ki, yeni əsrə doğru irəliləməyimiz daha da sürətlənəcək. Üzləşdiyimiz bütün gizli və açıq təxribatlara baxmayaraq, bu prosesin 18 ayını başa vurduq və xoşbəxtlikdən, bir çox vacib həddi soyuqqanlılıqla dəf etməyi bacardıq".

Ölkə hakimiyyəti kürdlərin tərksilah edilməsindən sonra, əsasən ölkənin cənub-şərq bölgələrində siyasi, sosial-iqtisadi və infrastruktur addımları atmaq niyyətindədir.