adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 17:49
65
GÜNDƏM
A- A+

Bakı metrosu WUF13 iştirakçılarına müraciət etdi

Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur.