adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 May 2015 14:38
4068
ƏDƏBİYYAT

“Bu şəhərdə kimsə yoxdur”

Bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıqüzü gördü. Bu yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır. Ancaq bu kitaböz səpkisinə görə digər əvvəlkilərdən xeyli fərqlənməkdədir. Belə ki, yazıçı budəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu kitabpsixoloji roman üslubunda, gerçək hadisələrdən ilham alınaraq qələməalınmışdır. Kitabın adı da qəribədir: "Bu şəhərdə kimsə yoxdur”. Qədim Qala Nəşriyyatevindən aldığımız məlumata görə kitabın adı əsərin qəhrəmanının daxili aləmini əksetdirir. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir:˝Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninəqoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səniqaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsizvə gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdəntəşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanışfikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətəndə, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə eləgəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhradatənha yaşayıram˝. Nəşriyyat evi tərəfindən kitabın oxuculara böyük bir həzz verəcəyivə ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzünreallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir. Kitabı şəhərimizinistənilən kitab mağazalarından, böyük supermarket şəbəkələrindən və ya www.qedimqala.az saytından online olaraq əldə edə bilərsiniz. 


Əlaqə: +994 55 404 31 32