Bu restoranda nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında yoxlama həyata keçiriblər.
Bu barədə Adalet.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı restoranda qida obyektinə dair sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Baxış zamanı ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət olunmadığı, obyektdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağının dolablar və sanitar-məişət avadanlıqlar ilə təmin edilməməsi, qabların yuyulma və saxlanma sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmaması, asan təmizlənmə və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şəraitin təmin edilməməsi müəyyən edilib.
Faktlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edilib.
Qeyd edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inizibati xəta haqqında protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib.
Digər Xəbərlər
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07
Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
16 Dekabr 2025 10:02


Bakı -°C

