Bu rayonlara yağış yağdı – FAKTİKİ HAVA
İyulun 14-ü saat 10:00-a olan məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Düşən yağıntının miqdarı Şəmkir, Oğuz, Şamaxı, Quba, Biləsuvar, Astarada 1 mm-dək olub.
İyulun 13-də şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 18 m/s-dək güclənib.
Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:13
Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09
Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan YENİ TAPINTILAR - VİDEO
15 Sentyabr 2026 10:35


Bakı -°C

