Bu ölkələrdən dənizdə sərhədlərlə bağlı razılaşma
Polşa və Danimarka Baltik dənizində sərhədlərin delimitasiyası haqqında razılaşma imzalayıblar.
Adalet.az xəbər verir ki, razılaşma 40 illik danışıqlardan sonra əldə edilib. Ölkələr Baltik dənizində, İsveçin Bornholm adasından cənubda yerləşən dəniz iqtisadi zonasını öz aralarında bölüblər.
Polşa XİN-in başçısı Yatsek Çaputoviç deyib: "Bugünkü imzalanma mərasimi ikitərəfli münasibətlərimizdə mühüm gündür. O göstərir ki, ikitərəfli maraq, qarşılıqlı hörmət və ehtiram olduqda, hətta uzun sürən mübahisələrin dinc yolla səmərəli həlli mümkündür.
Qeyd edək ki, Norveçdən Polşaya çəkilən "Baltic Pipe” qaz kəməri bu zonadan keçəcək. Həmin qaz kəmərini 2022-ci ilin payızında işə salmaq planlaşdırılır.
Digər Xəbərlər
02 May 2024 16:00
Gürcüstan parlamenti iclası təxirə saldı
02 May 2024 15:32Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18