adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Iyun 2022 13:15
843
MARAQLI

Bu ölkələr yox olacaq...

Bu gün dünyada ümumi hesablamalara görə 245 ölkər mövcuddur. Bu ölkələrdən 193 —ü rəsmən tanınan ölkələrdir. Təbii ki, dünyada rəsmi olaraq tanınmaya ölkələr də var. Dünya ölkələrini özündə cəmləyən Birləşmiş Millətlər Təşkilatına 192 ölkə üzvdür. Beynəlxalq aləmdə tanınan lakin BMT —yə üzv olmayan yeganə ölkə isə Vatikandır.

Bununla bərabər dünyada elə ölkələr də var ki, onların yaxın gələcəkdə mövcud olması sual altındadır. Ölkələri tədqiq edən mütəxəssislərin son araşdırmalarına görə bir neçə ölkə tamamilə tarixdən silinəcək. Buna səbəb kimi qlobal istiləşmə, buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxmasıdır. Bu barədə dünyaca məhşur“Express” qəzetində məlumatlar dərc olunub.

Beləliklə iqlim dəyişikliyinin təsir göstərdiyi ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.

Kiribatidəki qlobal ekoloji qeyri-hökumət təşkilatı olan İqlim Fəaliyyəti Şəbəkəsinin koordinatoru Peleniza Alofa bildirib ki, Qlazqoda keçirilən BMT sammiti ada ölkəsi üçün həyati bir hadisədir. O xatırladıb ki, dəniz səviyyəsinin qalxması və güclənən tropik tufanlar regionda insanların həyatı və kənd təsərrüfatı üçün təhlükə yaradır.

Kiribatinin keçmiş prezidenti Anote Tonq da Qlazqodakı sammitdə iqlim dəyişikliyinin ölkəsi üçün yaratdığı təhlükələrdən danışıb. O, Avstraliyanın bu sahədəki siyasətini də tənqid edib.

Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox dövlət bu məqsədə nail olmaq üçün konkret fəaliyyət planını nəzərdə tutan Paris Sazişini imzalayıb. Sənəd qalıq yanacaqlardan tamamilə imtina etməyi nəzərdə tutmur, lakin ölkələr istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.

Zaman ötür, həyat dəyişir və dünya yenilənir. Nəticədədünyanın ümumi mənzərəsi illər sonra indikindən çox fərqli olacaq. Yeniliklər, inkişaf əlbəttə ki, xoşdur. Yetər ki, bu dəyişikliklər insanlara, bəşəriyyətə fayda versin. Ümid edək ki, dünyanın yenilənən siması bütün ölkələrə uğur gətirəcək.

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ