Bu məkanlarda yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır - Nazirlikdən AÇIQLAMA

Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur:
""Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində "Bravo Supermarket”, "Bazarstore Supermarket”, "Al Market”, "Bizim Market”, "OBA Market”, "Araz Supermarket”, "Spar Supermarket”, "FAVORİT Supermarket”, "Neptun Market”, "Grand Mart”, "Avromart”, "Market FR”, "Səbət Market”, "Fresco Supermarket”, "Bolmart Supermaket”, "Port Baku Bazar”, "Megastore Market”, "Rahat Market”, "Kontinental Supermarket”, "West Mart”, "AİLƏ Supermarket”, "Sərham Market”, ”Caspian Cristal Gastranomy”, "Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub”.
"Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.
Yeni nəsil nəzarət-kassa aparatlarına dair daha ətraflı məlumatı bu günlərdə istifadəyə verilmiş https://e-kassa.gov.az internet səhifəsindən əldə etmək olar.
Digər Xəbərlər

Paşinyanın kofe içmək təklifinə İlham Əliyevdən cavab - VİDEO

Prezidentdən kübar davranış - VİDEO

Əli Nağıyev MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında - FOTOLAR

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO

Leyla Əliyeva Türk dünyası rəsm qalereyasında - VİDEO

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb

Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
