"Bu, kişini hörmətdən salmır, ona olan etibarı artırır" - Komitə sədri
"Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır".
Adalet.az xəbər verir bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaq: "Burada məqsəd nədən ibarətdir? Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına qalan kişi olur. Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Bu, kişini hörmətdən salmır, əksinə ona olan etibarı, hörməti daha da artırır.
Bizə ailə münaqişələri və boşanmalarla bağlı müraciətlər olur. Biz səbəbləri təhlil edərkən görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Elə araşdırmalar göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir".
Digər Xəbərlər
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 13:31
“Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil...”
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54


Bakı -°C

