adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2019 10:58
28871
ƏDƏBİYYAT

Bu il qaranquşlar Yəmənə uçmaz...



(RamizQusarçaylı şeiri üzərinə)

RamizQusarçaylı haqqında qələməaldığım "Bu il qaranquşlar Yəmənəuçmaz!" yazısı hələ tamamlanmayıb və mənonunla hələçox boğuşacağam. Elə bu gecəağlıma nə gəldi,bilirsinizmi? "Bu il qaranquşlar Yəmənəuçmaz!" deyir şair Ramiz Qusarçaylı. Bunun səbəblərinidə yazır. Amma bu faciəni və səbəbini illər öncəMusa Yaqub da yazmışdı: "Leyləklərin çöp yuvası boşqalıb..."

Soruşa bilərsiniz ki, Musa Yaqub ilə Ramiz Qusarçaylının, leylək iləqaranquşun nə əlaqəsi var?!" Cavab verirəm:

-O qədərçox əlaqəsivar ki!..

Əvvəla bu quşların ikisi də təbiətin bir parçasıdır; ikisi də köçəriquşlardır hətta birlikdə hərəkətedən köçəriquşlardır.

Leyləklər uzunsəfərlərinə çıxmadan əvvəl qaranquşlara "filan gün, filan saatda filanyerdən hərəkət edəcəyik, sakın yubanmayın!" deyə xəbər göndərirlər.

Səfər başlayan günqaranquşlar leyləklərin sırtına (dalına) minir, yol boyunca onların kürəklərinimasaj edir, tüklər arasındakı parazitlərlə, böcəklərlə qidalanır, həm dəleyləkləri rahatladırlar. Upuzuuun bir yolçuluğu, okeanların, dənizlərin,göllərin; keçilməz dağların, zirvələrin üstünü beləcə keçirlər, səyahətlərinibu şəkildə bedavaya (müftə-müsəllim) tamamlayırlar. Beləcə, leyləklər də mutluolur, qaranquşlar da...

Hər zaman danışanamma bizim qulaq asmadığımız Təbiətin mükəmməlliyinə bax sən...

Biz"düşünən", danışan ikiayaqlı, məməli heyvanlar isə təbiətin budəngəsini pozmaqla məşğuluq...

Hələ başımıza çoxbəlalar gələcək,-çünki "Leyləklərin çöp yuvası boş qalıb" və "Buil qaranquşlar Yəmənə uçmaz!..

Mənleylək-qaranquş haqqında yazdıqlarımı özümdən uydurmuram, bir bəlgəsəldəizləmişdim illər öncə. Sən demə səlamətlik Musa Yaqub bizi uyarıb, amma bizanlamamışıq. Biz nə vaxt təbiəti, təbiəti kitab kimi oxuyanları dinlədik ki?!..

Ramiz Qusarçaylıda "Bu il qaranquşlar Yəmənə uçmaz!" deyincə həm Musa Yaqubun şeiriqismən tamamlandı, həm də səbəb-nəticə ilişkisində daşlar yerinə oturdu...

Təbiətdə hər şeybir-birinin mütəmmimi yani tamamlayıcısıdır. Siz mənim tamamlayıcımsınız, bəlkəmən də sizin...

Mən bir azqaranquşam, bir az da leylək - siz isə sərçəsiniz. Vətənə bağlı, millətə vəfalısərçələr. Qışın soyuğunda da, yayın istisində də yurdunu, yuvasını, vətəninitərk etməyən sərçələr...

Sizə qibtə edirəm,sərçə qardaşlarım!.. Amma bir istəyim var sizdən - vətəndə sərçəm, vətənyolçuluğunda leyləyim olun!..

Sevgi vədostluqla...

Nazim (qaranquş) qardaşınız.

***

Birşairin insan yaddaşına köçməsi üçün onun o insan üzərində ən az bir-iki işıqlımisrasının təsiri olmalıdır.

RamizQusarçaylı da mənim yaddaşıma

Gəlir söz acları, fikir acları,

Sözdənqan qoxusu, qan tamı gəlir.

Ağarıruzaqda dar ağacları

Deyənşairlərin bayramı gəlir…

misralarıyla köçmüşdü...O misralarla ki,"qan qoxulu sözü”nü mühasirəyə alan "söz və fikir acları”ndan "qurtulmaq” üçün"Pir Sultanlar gibi, dar ağacını boylamağı” (Aşıq Mahzuni Şərif) öz şairinəbayram bilmişdi. O misralarla ki, "sözündən qan iyi gələn şair”in (RamizRövşən) "söz və fikir acları”nı (s)öz başına toplamış olması, o misralarınşairinin "bayram mesajı”nı bəyan etmişdi. O misralarla ki, şairin bu bayramdaonu "adam yerinə qoyub, əziz edib” bayramlaşmağa (bayram görüşünə) gələn "ac” əzizlər(in)əbayramlıq hədiyyəsi-şairini, hamının görə bilməsi üçün "dar ağacları”naçıxarmaq olmuşdu... (Nədənsə bu ‘bayram’ sözü və ‘dar ağacı’ motivi qocatarixin sınaqlarından çıxan "atın ölümü-itin bayramı” gerçəyini mənim yadımasalır...) Məncə Ramiz Qusarçaylının sadəcə bu dörd misrasının ciddi bir "qantəhlili” (söyləm analizi) və orada təsvir edilən "toplaşma və bayramlaşma”hadisələrinin əyləm analizi yapılsa şairin "xəstəlikləri”ndən bir neçəsinindiaqnozu qoyula bilər...

...Deyilməyənsöz yoxdursa (ki elədir) bu gün dilə gətirilən fikirlərin kökünü də öncədeyilənlərdə axtarmaq lazımdır. Kök nədirsə gövdə, budaq, meyvə, yarpaq... daodur. Bu mənada Ramiz Qusarçaylı bizi keçmişləri araşdırma əziyyətindən xilasedir; öz zamanının oğlu (üstəlik barometri) olaraq "ədəbiyyatın yaddaşı”ndakı(Folkner) "bəlli obraz”ları (Səməd Vurğun) bu günümüzün ictimai, tarixi,siyasi, coğrafi, əxlaqi, psixoloji... gerçəklərinə uyarlayıb Dünyanı bir az dayaxından tanımağımızda bizə yardımçı olur.

Bugünlərdə 58yaşı tamam olan Ramiz Qusarçaylı Azərbaycan ədəbiyyatının səksənincilər nəslindənolub o illərin başlarından etibarən imzasını tanıtmışdır. Biz 1980-ci illərdəədəbiyyata gələnlərin ədəbiyyatımızdakı yerini, o nəslin nümayəndələrininxarakterik özəlliklərini tək-tək sadalamaq fikrində deyilik. Hər halda 80-ciillərin sosial-siyasi mühitinin aşağıda qısaca söz etdiyimiz olumsuz şərtləri,o nəslə qarşı ədəbi ilginin yetərincə göstərilməməsi səbəblərindən sadəcəbiridir. Amma unudulmamalıdır ki, bu "unudulmuş” nəslin istedadlınümayəndələrindən biri də məhz Ramiz Qusarçaylıdır.


Əslində dünyada və Azərbaycanda "zastoy” (durğunluq) illərindən sonrakı1980-lərdən bu günə qədər keçən ən az üçdə bir əsrlik (bir qərinəlik) zamaniçində tam bir əsrlik hadisələr oldu. (Osmanlı) "İmparatorluğun(un) ən uzunyüzyılı” (İlber Ortaylı) 19-cu əsrdəsə yenidən dövlət olmaq istəyənAzərbaycanın ən uzun yüzili yəqin ki 20-ci əsrdir. Üstəlik Ramiz Qusarçaylınəslinin qismətinə -həm sonu gəldiyi üçün daha da quduzlaşan basqıcı Sovet rejiminiyaşamaq; həm güvənilən və yenilməz zənn edilən "dağların devrildiyini” (ÇingizAytmatov) görmək; həm "azadlığı dadan” (Məmməd Əmin Rəsulzadə) vətəntorpaqlarının işğalını görmək; həm də "təzə əsrin ibtidası”na (Nəcəf BəyVəzirov) şahid olmaq- yazılmışdı. Biz hər hansı bir əsər dəyərləndirildiyizaman ən azı bu şərtlərin diqqətə alınmasının yanlış olmayacağını düşünürük,çünki heç kim öz zamanının içindən sıyrılıb çıxmış və zamandan soyutlanmışdeyildir...

Bu mənada Ramiz Qusarçaylının duyarlı bir İNSAN olaraq bir tərəfdən gözəlbir təbiət və torpaq şairi; bir tərəfdən lirik bir eşq şairi; başqa birtərəfdən yuxarıda dilə gətirilən şərtlərin ortaya çıxardığısosial-siyasi-əxlaqi məsələlərin poetik tərənnümçüsü; digər tərəfdən dəyurdsevər, vətənpərvər bir əsgər-şair kimi qarşımıza çıxması təsadüf deyil.

Ramiz Qusarçaylı Türk dilli şeirimizdə, nəsrimizdə daha öncə ələ alınmış,işlənmiş motivlərə yeni can vermə cəsarətində bulunan, onları "günümüzüngerçəklərinə uyarlayıb” təqdim edən, bu motivləri səmimi bir şəkildə orijinalpoetik məcra içində unudulmaz qılan bir şairdir.

Səksənincilərin də təmsilçisi olan şairin yuxarıda ana xətləri iləgöstərməyə çalışdığımız bu dörd tərəfinin bəzi məqamları üzərində qısaca durmaqistəyirik. Bu məqam gəzintisində köhnə əsintilərə də yer vermək istədik ki,şeirin..."Müşfiq küləyi”nin, "Əli Kərim qasırğası”nın (MəmmədAraz) heç olmasa məltəmini hiss edək.

Ramiz Qusarçaylı-sözü, həqiqət axtarışındakı əqidəsi, məfkurəsi yolundadar ağaclarından asılan şairlərin soyundan gəlir. O şairlərin ki, "ümidi yerdəözünə, göydə Allaha”dır; "bir gözü hökmdarda” (Ramiz Rövşən) deyil, iki gözü dəAllahda olan şairlərin soyundan...

Bu şairlər-

Nəsimi kimi dərisi soyulandır;

Mövlana kimi ölümü salamlayıb öldüyü günü "şəb-i arus” (toy gecəsi)sayandır;

Füzuli kimi, bu dünyadan ayrılışı

Ruzi-hicrandır,sevin, ey mürği-ruhum kim bu gün

Bu qəfəsdən mənsəni əlbəttə azad eylərəm”… şəklində qəbul edəndir;

...RüstəmBehrudi kimi "dar ağacına salam verəndir”:

Ramiz Qusarçaylı kimi

"Ağarıruzaqda dar ağacları

Deyən şairlərinbayramı gəlir”…-deyə biləndir.

"Ağarandar ağacları”nı Ramiz Qusarçaylı dilində "işıq dirəkləri”nə çevrilən varlıqlarkimi görüncə Nazim Hikmətin "gecə gələn teleqraf xəbərləri” və Ramiz Rövşənin,bu xəbərləri gətirən "teleqraf dirəkləri” yada düşür.

***

Ramiz Qusarçaylı, özsevgi(li)si yolunda Füzuli kimi "kənarəsi yox bəhr” qədər göz yaşı tökmür,

İki göz dolusu ağlaram səni,

İki dodaq boyu gülləm səninlə…

deyərək Füzulidən fərqli olduğunu,sanki Vaqif kimidünyəvi yaxınlığı rədd etmədiyini canlı xalq dilindən gələn səmimiyyəti iləifadə edir.

***

Ramiz Qusarçaylının poetikdünyasında şairin saf bir kənd uşağı olması özünü ilk misralardaca ələ verir:

Sən indi gedirsən,üzügülər, şən,
Söylə, ötən günlər yada düşdümü?!.
Qaya ürəyimin zəlzələsindən,
Dərə ürəyinə səda düşdümü?!.

İlk iki misrada bu məkâni mənsubiyyət sanki bir ilğımiçindədir, son iki misrada isə duman dağılır və bu yolçunun bir kənd adamıolduğu bəlli olur.

Ramiz Qusarçaylının təbiət aşıqı bir torpaq şairiolduğunu onun "dağların dizləri üstə baş qoyub mürgüləyən yollar” obrazı daaçıqca göstərir:

Enib dərələrin,düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Ya da

Yaz qarı bir daşındonqarı üstə,
İzim yox bu yazın son qarı üstə,
Dərd yağır dərdimin yonqarı üstə,
Gecələr dağlara baxa bilmirəm…

Artıq bu, özünü "min ağacdan bəlli edən” bir kənd(li)yerişidir. Şairin başqa misralarında bu kəndçinin bir çobandan daha çox birbağban olduğu anlaşılır:

...Ağacda tutmayancalaq yeri tək,
Gözümdən həsrətin izi getməyir...

Üstəlik, Ramiz Qusarçaylının həsrəti sadəcə Güney vəBatı Azərbaycana deyil, həm də quzeydəki tarixi Azərbaycan torpaqlarınadır:

...Sən Arazın,Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!..

ya da

Bu Araz, bu da ki,Samur dağları,
Bürüyüb yamyaşıl mamır dağları,
Dağ çəkir sinəmə çadır dağları,
Gecələr dağlara baxa bilmirəm.

***

Şairin, artıq milli ordumuzun marşına çevrilən"Azərbaycan bayrağı!” şeirinin digər misralarında üçrəngli bayrağımızınmöhtəşəm simvolik dil ifadəsini görürük:

Cəngidə cövlanyerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!

Sənsən Azadlıqeşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

RamizQusarçaylının "Çəkəcəyəm gözümə kölgən düşən torpağı” misrası isə böyükFüzulinin

Gün çəkər yerdəngöyə hər dəm qubari-rahini

Tutiya üçün məgər yerdən göyəminnət çəkər...

misralarını xatırladır ki, Füzuli şeirində yarayağının altından çıxan toz, Ramiz Qusarçaylı şeirində isə Azərbaycanbayrağının kölgəsi düşən torpaq-gözün görmə özəlliyini artıran tutiyadır,ağlamaqdan kor qalmış gözlərin məlhəmi, dərmanıdır...

***

Ciddi bir sosial tənqid (həm də özünütənqid) örnəyiolan "Bu millət” şeiri ancaq "uzaqdan ağaran dar ağaclarını görüncə oağaclardan asılacağına sevinən şair”in qələmindən çıxa bilər:

Bir yetim payınabeşi boylanır,
Bu millət, bu millət, bu millət mənim.
Çadırdan çadralı kişi boylanır
Bu millət, bu millət, bu millət mənim.

"Çadır” ilə "çadra”nın (üstəlik çadırda gizlənən bir"kişi”yə "papaq” olan çadranın...) bir misra içində bu qədər sərrast ifadəsininqaynağı bir tərəfdən acı həqiqətlərin çılpaqlığıdırsa, digər tərəfdən də şairiztirabının sonsuzluğu və istedadıdır...

…Nəfsini Arazınaxarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi
Bu millət, bu millət, bu millət mənim...

…Bir qarış yerüstə yaşınmaz qanım,
Dərdimin nuruyla ağarır danım,
Üzüm ayağında Azərbaycanın,-
Ölüm ayağında Azərbaycanın,-
Bu millət, bu millət, bu millət mənim.

Son beşliyin birinci misrasında Qazi Bürhanəddin,Nəsimi, Əlişir Nəvai, Hüseyn Baykara, Sultan Kayıtbay, Xətai kimi hökmdarşairlərimizin coşqulu cəsarəti; ikinci misrada "ahından fələklər yanan”Füzulinin bitib-tükənməz dərdi; sonrakı iki misrada isə xalqdan gələn Vaqifinşux deyim tərzi bir araya gətirilir.

Şairin sərt sosialtənqid muhtəvalı "Bu adam nə yaman acdı, ilahi!” şeiri də ictimai-əxlaqieybəcərliklərin təsviridir:

Bu adam nə yamanacdı, ilahi,
Acdı, gözü acdı, qulağı acdı,
İliyi, sümüyü, dalağı acdı,
Gövdəsi, toxumu, calağı acdı,
Bu adam nə yaman acdı, ilahi…

Evdə arvadınınbalağı acdı,
Qapıda itinin yalağı acdı,
Danası, düyəsi, ulağı acdı,
Bu adam nə yaman acdı, ilahi…

Qışlaqda qışlayır,yaylağı yeyir,
Yaylaqda yaylayır, oylağı yeyir,
Örüşü, meşəni, çaylağı yeyir
Bu adam nə yaman acdı, ilahi…

O damdan qovursanbu dama girir,
Bu damdan qovursan o dama girir,
Bu adam nə yaman adama girir,
Bu adam nə yaman bicdi, ilahi…
Bu adam nə yaman acdı, ilahi…

***

Türk ədəbiyyatındaSərvəti-Fünun dönəminin təmsilçisiTevfik Fikrət’in sərt sosial tənqidi şeirlərindən olan və

Şu sofracık,efendiler-ki iltikaama muntazır

Huzurunuzdatitriyor-şu milletin hayatıdır.

Şu milletin kimuztarib, şu milletin ki muhtazır!

Fakat sakınçekinməyin, yiyin, yutun hapır-hapır...

Yiyin, efendiler,yiyin; bu han-ı iştiha sizin

Doyunca,tıksırınca, çatlayıncaya kadar yiyin!..

misralarıylabaşlayan 1912 tarixli "Han-ı Yağma” şeirinin ondan yüz il sonra-2000-ci illərdəRamiz Qusarçaylı tərəfindən qələmə alınan Azərbaycan variantını oxuyandatarixin bu acı təkərrürünə çox üzülmüşdük. Tevfik Fikrət və Ramiz Qusarçaylışeirlərinin qarşılaşdırmasını ayrı bir yazıya buraxaraq ikinci şeirin mətniniixtisarla təqdim edirik:

Yeyin, bu millətinbaşını, yeyin,
Satın torpağını, daşını, yeyin,
Atın küçələrə ac uşaqları
Tökün gözlərinin yaşını, yeyin...

Yeyin, məmləkətdəhər nə var, yeyin,
Kasıbın nəyi var,-dörd divar, yeyin,
Haqqın dərisinə saman təpdiniz,
Getdi abır-həya, getdi ar, yeyin …

Yeyin, kişilərinruhunu, yeyin,
Sümürüb varını, yoxunu yeyin,
Baxıb hırıldayın Araz dərdinə,
Şuşa həsrətinəuğunub, yeyin…

Yeyin, bumillətin, başını yeyin,
İçini, ağlını, huşunu yeyin,
Oynadın çörəyə qız-gəlinləri
Tökün gözlərinin yaşını, yeyin…
Yeyin,bu millətin başını, yeyin…

***

RamizQusarçaylının eşq şairi tərəfinə gəlincə şeirimizin ən lirik və ən həssasqəhrəmanlarından biri olan bənövşənin Azərbaycan poeziyasındakı bir-ikitəsvirinə diqqət edək:

Qurbaninin dilində

...Ayrılıqmı çəkibboynu əyridi

Heç yerdə görmədimdüz bənövşəni;

Bəxtiyar Vahabzadə şeirində

…Kolların dibindətək bitdiyindən

Boynu bükük olurbənövşənin də;

Nüsrət Kəsəmənli də

...İndi sevənlərüçün

Üç qərənfildəbdədi

Yumul, bənövşəm,yumul! -şəklində dilə gətirilir.

Yaşayan ən böyük təbiətşairimiz Musa Yaqub öz "bənövşə gileyi”ni

...O nə gözyaşıdır gümüş tacında

Yoxsa gözün qalıblalə bacında?!

Qalmışam mən də buyol ayrıcında,

Bənövşəm, məngəlim, sən gələcəksən?! -misraları ilə bitirir.

Arif Həsənoğlu öz kəndhəsrətini

…İndi bir eyvandapas atıb qalıb

Orağım, çəkicim,dəryazım mənim.

Yoldaşım bazardanbənövşə alıb

Beləcə ötüşür həryazım mənim... -misralarına yükləyir.

Vaqif Bəhmənli dilindəkibənövşə

Ölüm ayağın altda

İtim ayağın altda

Bir qom bənövşə olum

Bitim ayağın altda… -şəklindədir...

RamizQusarçaylının bənövşəsi isə geniş mənada Vətənin simvoludur və qürbətdə"yaşayan” şair öz bənövşə həsrətini bu sözlərlə ifadə edir:

Əlimə alınca əlimqurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.

Çatmadım bu il dəyaza, bilirəm,
Darıxa bilirəm, susabilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.

Əl saxla, dərsaxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.

***

Hər günü ölüm xəbərləri ilə dolan dünyamızınmənzərəsini "Bu il qaranquşlar Yəmənə uçmaz!” şeirində təsvir edən RamizQusarçaylı sanki içində bulunduğumuz günlərin, -2016-cı ilin son günlərininrəsmini mənzum bir dillə belə çəkir:

...Güclər arasındabölünüb dünya,
Giclər arasında bölünüb dünya,
Biclər arasında bölünüb dünya,
Bu dünya güclərin sınaq yeridi,
Giclərin, biclərin sınaq yeridi,
Ölümlər Kərkükdə sınaqdan keçir,
Zülümlər Hələbdə sınaqdan keçir,
Təlimlər Sənada sınaqdan keçir,-
Bu il qaranquşlar Yəmənə uçmaz...

Şeirin ilk səkkiz misrası ilə doqquzuncu misrasıarasında bir tənasüb vardır. Hətta şairə görə tənasübün bu iki tərəflərindənhər biri digər tərəfinin səbəbi ya da (eyni zamanda) nəticəsidir. Təbiətşairimiz dünyadakı dəhşətlərə təbiət pəncərəsindən baxıb yolunu həsrətləgözlədiyi qaranquşların şairin vətənində bala çıxardıqdan sonra payızda geriqayıtmamalarına üzülür...

Ferdinand de Sössür deyirdi ki, "dildəki hər şeyiriyazi olaraq formule etmək mümkündür.” Bu doqquz misra da təxminən beləformule edilə bilər: (8 x 1) + 1= 9 ya da 9 = 1 + (8 x 1)... Əgər qaranquşlargəldikləri yerə (Amerikanın bombaladığı Kərkükə; Fransanın bomaladığı Liviyaşəhərlərinə; Səudiyyə Ərəbistanının bombaladığı Yəmənə; Rusiyanın, İranınbombaladığı Hələbə və ya savaş yellərinin əsdiyi başqa yerlərdəki yuvalarına)qayıtmırsa demək ki "Güclər arasındabölünüb dünya,Giclər arasında bölünüb dünya,Biclər arasında bölünüb dünya...

Bu günkü dünyanı "ədalətin qısır yuvası” adlandıranşairin dərdi yenə qaranquşların geri qayıtmamasıdır:

...Yığıb adamlarıtökür dənizə,
Bu köpük adamlar, kəpək adamlar.
Köpək balıqları məəttəl qalıb
Yeyir adamları köpək adamlar,
Bu il qaranquşlar Yəmənə uçmaz...

Bu misralar isə ölməzQaspıralı İsmayıl Beyin Avrupa MedeniyetineBir Nazar-ı Muvazene (Avropa mədəniyyətinə tərəfsiz bir baxış) əsərindəki bir"köpək balığı” epizodunu yada salır. İsmayıl Qaspıralı mədəniyyətlərin irsiolduğunu izah edərkən bu günkü (1880-ci illərin) Avropa mədəniyyətinin qədimRoma mədəniyyətindən gəldiyini söyləyir və diqqətləri Roma mədəniyyəti üzərinəçəkərək "Romalılar(ı) esir etleriylebeslenmiş balığa doymayan(lar)”, onların övladları olan bugünkü Avrupalılarıda "bütün alemin semeresine doyamayanlar”adlandırır. Avropa mədəniyətinin "haqqaniyet duyğusu”ndan məhrum olduğunu isəisrarla söyləyir...

Ramiz Qusarçaylının "köpək balıqlarını məəttəl qoyan” adamcıl, kannibalist "köpək adamları”da-milliyətindən, dinindən asılı olmayaraq haqqaniyyət duyğusundan məhrum nadanlardır...

***

Daha geniş və əhatəli tədqiqatı-ədəbisənətlər (söz sənətləri); ritm; intonasiya; vurğu; heca yapısı; lirizm; pastoralşeir; epik və didaktik şeir; məcazlar sistemi; cinaslar; elliptizm; semantika;çağrışımlar; bənzətmələr (təşbeh); istiarə… yönündən incələnməyi haqq edən gözəlşairimizə-müasir Azərbaycan şeirinin ən yaddaqalan nümayəndələrindən biri olan RamizQusarçaylıya can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

2016