Bu il məzun olanların sayı açıqlandı

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.
Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.
Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.
Bir daha xatırladırıq ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.
Digər Xəbərlər

Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı

Onların böyük sevinci

Regionlardakı ali məktəblərə qəbul olanların faizi azalıb

İkinci qəbul imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

DİM onlara çağırış etdi

"DİM-in buna "texniki səhv" deyib sakitcə üstündən keçməsi doğru deyil" - Ekspert

"Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır" - Emin Əmrullayev
