04 Iyun 2025 11:06
128
ELM VƏ TƏHSİL

Onların böyük sevinci

İnsanlar öz yurdlarında, vətənlərində özlərini daha güclü hiss edirlər.

Onlar isə  30 il torpaqları ermənilər tərəfindən işğal edildiyinə görə  vətən üzünə həsrət qalıblar. Nəhayət, 30 ildən sonra Füzuli rayonunun Horadiz şəhərindəki 2 nömrəli məktəbin direktoru Ləman Əliyeva və qohumları  viran olunmuş, dağıdılmış  yurdlarına gəliblər. İndi o yerdə bir bina belə yoxdu.

Amma onlar çox böyük sevinc hissi ilə o yurddakı ağacın gölgəsi altında , otun , yaşıllığın üstündə  gözəl süfrə açıb  xoş anlar yaşayırlar.Ətrafda kədərli bir musiqi  də səslənir. Yəni atasını, anasını itirmiş bu insanlar vətənə onlarsız qayıtdıqlarına görə  kövrək anlar yaşayırlar. Amma yenidən vətənə dönməyi, ora ayaq basmalarını xoşbəxtlik sayırlar.Ləman xanım deyir ki, bu yerləri bizə Ali baş komandan , Prezident  İlham Əliyev və Azərbaycan ordusu, əsgərlərimiz qaytarıb.Şəhidlətimizin, qaliblərimizin,  qazilərimizin qarşısında  baş əyirik, çünki bu sevinci bizə onlar yaşadıb.

Hər güldə, çicəkdə, çəməndə  , daşda, torpaqda onların qoxusunu, ətrini hiss edirik və izlərini görürük. Dünyada  vətənə  dönməkdən şirin heç nə yoxdur. Buna görə bir Allaha, bir də əsgərlərimizə , şəhidlərimizə, qazilərimizə  minnətdarıq!!!

Emil Faiqoğlu