“Bu gün məktəbdə baş verənlər əslində bizim üçün bir çağırış olmalıdır” - Psixoloq
Psixoloq Fərqanə Mehmanqızı müəllim-şagird-valideyn münasibətləri mövzusunda fikirlərini Adalet.az saytı ilə bölüşüb.
“Bu gün məktəbdə baş verənlərin kökündə aqressiya, insanların empati qurmaq bacarığının aşağı düşməsi durur. İnsanlar sanki bir-birilərini duymurlar, eşitmirlər. Və bu aqressiyanın da nəticəsi özünü müxtəlif qurumlarda göstərir. Təkcə məktəb-şagird münasibətlərində yox, müxtəlif qurumlarda, ailədaxili münasibətlərdə, sosial şəbəkələrdə bunu görə bilirik. Bu gün məktəbdə baş verənlər əslində bizim üçün bir çağırış olmalıdır ki, artıq cəmiyyət öz üzərində işləməlidir. Ailə institutu bərpa olmalıdır, milli dəyərlər, mənəvi ruhumuz birləşməlidir. Öz üzərimizdə işləməliyik ki, hormoniyanı tuta bilək, bir-birimizə qarşı münasibətimizi doğru yolda yönəldək.
Hər kəs bilir ki, uşaq evin güzgüsüdür və ailə isə kişik dövlətdir. Bu gün ailədə baş verənlər özünü məktəbdə göstərir. Məktəbdə müəllim də hansısa alədən çıxıb, uşaq da. Bu onu göstərir ki, ailələrdə aqressiya var. Ailədə aqressiya varsa, nəzərə alsaq ki, ən azı hər ailədə iki-üç insan var, demək ki, hər yerdə aqressiyanı görə bilərik. Uşaqlar hələ özlərini korreksiya edə bilməyiblər.
Çox təəssüf ki, müəllim-şagird münasibətləri zədələnir, bu zədə təhsilə siraət edir və təhsilə vurulan zərər də bizim gələcəyimizə, uşaqlarımızız savadına zərbə vurur. Bir daha qeyd edirəm ki, bu kimi halların qarşısını almaq üçün sadəcə öz üzərimizdə çox işləməliyik və məktəblərdə psixoloqların işinə şərait yaradılmalıdır. Müəllimlərin psixoloqlarla, valideynlərin məktəblə işləməyi vacibdir. Bir-birilərini ittiham etmədən, bir-birilərinə qarşı töhmətsiz şəkildə əl-ələ verməlidirlər. Çünki hamının məqsədi cəmiyyətə həm fiziki, həm də psixoloji cəhətdən sağlam övlad bəxş etməkdir”.
Eminquey
Digər Xəbərlər
18 Dekabr 2025 18:32
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
18 Dekabr 2025 10:28
Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı - VİDEO
17 Dekabr 2025 16:09
"Ataların 14 günlük məzuniyyəti maddi rifah üçündür" - Şöbə müdiri
17 Dekabr 2025 15:48
Bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilib? - RƏSMİ CAVAB
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23


Bakı -°C

