31 May 2025 09:00
401
İDMAN

Bu gün Çempionlar Liqasının qalibi bəlli olur

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.

Adalet.az xəbər verir ki, həlledici oyunda İtaliya “İnter”i ilə Fransa PSJ-si üz-üzə gələcək.

Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Çempionlar Liqası
Final
31 may

23:00. “İnter” (İtaliya) - PSJ (Fransa)

Hakim: İştvan Kovaç

Almaniya. “Allianz Arena”

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real” klubu olub.