17 Sentyabr 2025 13:01
242
ANALİZ

“Bu, dünyaya növbəti mesajdır...”

“Böyük strateq və qalib sərkərdə Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi zəfərdən sonra uzun illər əlçatmaz görünən yeni reallıqları yaratmağa davam edir. Fəaliyyətində milli maraqları ali məqsəd kimi görən liderimiz hər bir Azərbaycan vətəndaşının firavan yaşaması üçün səylərini əsirgəmir”.

Bu sözləri Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev feysbuk hesabında yazıb.

“Təbii ki, bu yolda ölkəmizin digər dövlətlərlə əlaqələrini genişləndirmək və sağlam iqtisadi mühitə inteqrasiyasını dərinləşdirmək də böyük önəm daşıyır. Bu mənada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bir sıra sənədlər, o cümlədən iki dövlət arasındakı siyasi əlaqələri ən yüksək səviyyəyə qaldıran “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb.

Yüksəkranqlı qonağın məhz Qarabağa, işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi isə siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, dünyaya növbəti mesajdır. Döyüş meydanında qələbə qazanmış Azərbaycan azad etdiyi ərazilərini sabitlik, inkişaf və tərəqqi məkanına çevirir, regionda sülh və əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır”, - deyə E.Allahverdiyev bildirib.