“Uşaqlarınızın üstünə düşün, müalicə etdirin” – Psixoloqdan çağırış
Xəbər verdiyimiz kimi, dünən Cəlilabadda məktəblilər arasında baş verən dava ölümlə nəticələndi. Şagird sinif yoldaşını bıçaqlayaraq qətlə yetirdi. Çox təəssüflər olsun ki, son zamanlar tez-tez məktəblilər arasında bıçaqlı davaların şahidi oluruq.
Bəs görən nə baş verir? Yeniyetmələrin içindəki bu aqressiya hardan qaynaqlanır?
Adalet.az-ın sualını psixoloq Zeynəb Əyyubova cavablandırıb. Psixoloq deyib ki, dövrün əsas problemlərindən biri insanların özünə niyə, nə üçün sualını verməməsidir:
“Valideyn görür ki, uşağında problem var. Bu bir yaşında da, 10 yaşında da, 20 yaşında da beləlidir. Valideynlər uşağının problemini görmədikcə cəmiyyətə fəsadlı gələcək bəxş edəcəklər. Yəni valideyn görür ki, bu uşaq normal oxumur, təhsil almır, hansısa bir konfiliktə çağırılır. Bununla mübarizə aparmaq yerinə, valideyn uşağı sərbəst buraxır. Bu sərbəst buraxılan uşaqlar da təəssüf olsun ki, ya özü kimi uşaqları seçir, ya da daha yaxşı sakit ruhlu uşaqları incitməklə məşğul olur. Yəni bir valideynə bir psixoloq olaraq çox xahiş edərək bunu demək istəyirəm ki, uşağınızda hər hansı bir problem, davranış pozuntusu varsa, uşağın başqa uşaqlardan fərqlənirsə, bunun üzərinə düşün və müalicə etdirin. Bu duyğular düzəlmədikcə cəmiyyətdə hələ belə bıçaqlanma hadisələri çox baş verəcək, haqsızlıqlar olacaq. Bu cür hadisələrin baş verməməsi üçün valideynlər əvvəldən uşaqlara nəzarət etməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

