adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 16:35
21544
MARAQLI

Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır

Planetimizdə saysız-hesabsız müəmmalı yerlər var ki, onları tədqiq etmək vəelm üçün aydınlaşdırmaq sadəcə mümkün deyil. Bu cür təbiət sirləri qarşısındanəinki elm, insanlar da acizdir.

Belə müəmmalı yerlərdən birinin Envaitenetolduğunu tamamilə söyləmək mümkündür. Adi gözlə görünən bu ada Keniyadakınəhəng Rudolf gölünün, demək olar, düz mərkəzində yerləşir. Yerli turkan vəelmolo tayfaları adaya hətta, ən primitiv sallarla belə asanlıqla gedəbilirlər. Ancaq bu "ovsunlanmış ada”da heç kim yaşamır. Bundan başqa adaya nəalimlər, nə də paranormal hadisələrin tədqiqatçıları gedirlər. Çünki bu adadan,yerli sakinlərin dediyi kimi (bu, praktikada öz təsdiqini tapır) heç kimqayıtmır. Sözsüz ki, bu hal insanlar orada "vaxtından çox” qaldıqda baş verir.

Rudolf gölünün ətrafında yaşayan keniyalıtayfalar arasında belə bir əfsanə dolaşır ki, Envaitenet adasından yerli əhaliheç vaxt köçürülməyib. Ancaq 1630-cu ildə qəfildən adanın bütün sakinləri eynivaxtda yoxa çıxıblar. Keniyalılar əmindirlər ki, adanın ortasında od saçannəhəng mağara var, mağara hansısa formada insanları cəlb edir və onları "udur”.

Aborigenlər arasında adada yaşamaqistəyən qoçaqlar olurdu. Hətta, bəziləri buna müvəffəq olurdu. Ancaq onlar daaz sonra yoxa çıxırdı. Qonşu Loienqalani kəndinin sakinləri onları yoluxmağagələndə adada canlı həyata dair hər hansı işarə tapmırlar. Onların yalnızəşyaları, hətta yeyilməmiş yeməkləri qalmışdı...

O vaxtdan indiyədək ada sakinsiz qalır.Avropalılar hələ XVIII əsrdə Envaitenetlə maraqlanırlar. Yerli əhalinin bütünxəbərdarlığına baxmayaraq, Hollandiya və Almaniyadan adaya ekspedisiya yoladüşür. Heç biri qayıtmır, hamısı yoxa çıxır.

Adanın sirrini açmağa sonuncu dəfə 1935-ci ildəVivian Fuşun başçılığı ilə bir qrup ingilis alimi cəhd edir. Onun iki həmkarı –tədqiqatçılar Bill Dayson və Martin Şeflis adaya yola düşür və onlar daqayıtmır. Narahat olan Fuş onların ardınca xilasedicilər göndərir, ancaq heçkimi tapmaq mümkün olmur.

Təhlükəli adada indiyədək ancaq ilanlar vətimsahlar yaşayır. İtkin düşən sakinlərdən isə heç bir nişanə yoxdur. Yerigəlmişkən onu da qeyd edək ki, xəritədə rəsmən Cənub adası adlandırılsa da,yerli sakinlər onu Envaitenet adlandırırlar. Bu isə yerlilərin dilində"Geridönməz” mənası verir.