BŞİH-də müşavirə keçirilib: İki icra başçısına ciddi xəbərdarlıq edilib
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
BŞİH-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

