Britaniyanın Azərbaycan üzrə yeni ticarət elçisi təyin edildi
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin olunub.
Adalet.az xəbər verir ki, bu barədə Britaniyanın Ticarət və Biznes Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın ticarət naziri bu gün qlobal inkişaf komandasının təyinatını elan edib. Yeni təyin olunmuş 32 ticarət elçisi hökumətin dəyişiklik planı çərçivəsində iqtisadi artımı təşviq etmək məqsədilə Böyük Britaniyanın ixrac və investisiya potensialını artırmaq üçün çalışacaq. Bu təyinata əsasən Lord Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üçün ticarət elçisi vəzifəsini icra edəcək.
O, Şimali irlandiyalı bir siyasətçidir və müxtəlif nüfuzlu vəzifələrdə çalışıb. 1998-2004-cü illərdə Şimali İrlandiya Assambleyasının spikeri vəzifəsini daşıyıb.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

