Britaniya “Zəngəzur” gəmisinin sanksiyasını ləğv etdi
Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.
Adalet.az xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb.
Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi.
Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı.
Digər Xəbərlər
20 Iyul 2026 18:36
ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb
20 Iyul 2026 14:33
Azərbaycanda çevik iş vaxtı modelləri yaradılır
20 Iyul 2026 11:35
Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər
19 Iyul 2026 17:00


Bakı -°C

