"Böyük qayıdış": Daha 80 ailə doğma yurduna döndü
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.
Adalet.az xəbər verir ki, noyabrın 15-də Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Digər Xəbərlər
14 Noyabr 2025 11:28
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda - FOTOLAR
14 Noyabr 2025 09:21
Yeni Günəşlidə park sökülür...
14 Noyabr 2025 09:10
Xırda və orta sahibkarları niyə incidirlər?
13 Noyabr 2025 14:51
Xocalının Daşbulaq və Badara kəndlərinə növbəti köç olub - YENİLƏNİB
13 Noyabr 2025 13:08
Sabah hava necə olacaq?
13 Noyabr 2025 12:33
“Bununla uşaqların həyatı da, psixologiyası da pozulur, onları məhv edirlər”
12 Noyabr 2025 18:33
Sumqayıtdan Bakıya gələcək yeni marşrutun dayanacaq məntəqələri - FOTOLAR
12 Noyabr 2025 17:24


Bakı -°C

