Yeni Günəşlidə park sökülür...
Bakının digər qəsəbələri ilə müqayisədə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində normal və günün tələblərinə cavab verən bir park yoxdu. Yeganə babat park " Fatimeyi - Zəhra" məscidinin yanındakı parkdır.Amma ondan əvvəl " Ana- bala" heykəlinin yanından məscidə qədər bir park vardı.
Onun açılışını da günəşlilər görmədi! Çünki betondan ibarət nəsə böyük bir tikinti inşa etdilər və sonra da onu hündür hasara aldılar. Və camaat bilmədi ki, bura parkdır, yoxsa ticarət mərkəzi? Bax beləcə adı park oldu , özü xarabalıq! İndi də bir aydan çoxdur ki, hasarı söküb, yarımçıq qalmış tikilini sökməyə başlayıblar.
Burda beton dağıdan iri texnikalar, bulduzerlər və digər maşın mexanizmlər işləyir. Və bütün günü sökə - sökdü. Deyirlər ki, guya burda daha müasir bir park salınacaq. Ancaq buna da bir o qədər inanmaq olmur. Başqa bir məlumata görə isə bura yüksək mərtəbəli binalar tikiləcək! Başqa bir mənbə isə bildirir ki, həmin yerdə yeni metro - stansiyası inşa ediləcək. Hər halda , nə tikiləcəksə, xalqın ürəyinə olsun. Görünən odur ki, burada işlər çox sürətlə gedir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

