Polis əməliyyat keçirdi, narkokuryer saxlanıldı - VİDEO
Suraxanıda əməliyyat keçirilib, üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.
Ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
21 Noyabr 2026 13:06
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
19 Noyabr 2026 23:16
Holdinq rəhbəri 445 minlik mənimsəməyə görə - Azərbaycana gətirildi
18 Noyabr 2026 23:11
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
18 Noyabr 2026 17:45
DİN-dən əməliyyat - Saxlanılanlar var - VİDEO
17 Noyabr 2026 13:05
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
17 Noyabr 2026 11:49
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
17 Noyabr 2026 10:15
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
16 Noyabr 2026 11:57


Bakı -°C

