"Böyük infrastruktur layihələrini icra edirik" - İlham Əliyev
Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.
Digər Xəbərlər
03 Noyabr 2025 13:27
“Əgər bu olmasa, yerli məhsullar bazarda satışını təşkil edə bilməyəcək”
03 Noyabr 2025 11:28
Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub
03 Noyabr 2025 09:52
Azərbaycana gələn turistlərin çoxu niyə Bakını seçir? - AÇIQLAMA
03 Noyabr 2025 09:49
Neft bahalaşdı
01 Noyabr 2025 14:00
“Zəngəzur açılması illik 35 milyon ton yükün daşınmasına imkan verə bilər”
01 Noyabr 2025 12:24
Neftimiz yenə ucuzlaşdı
31 Oktyabr 2025 15:37
Palata gələn ilin dövlət büdcəsinə rəyi parlamentə göndərdi
31 Oktyabr 2025 15:20


Bakı -°C

