İraqda 12 illik dövr başa çatdı
İŞİD-lə mübarizə çərçivəsində İraq hökuməti ilə əməkdaşlıq edən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya ölkədəki hərbi missiyasını başa çatdıraraq İraqdan geri çəkilib.
Adalet.az xəbər verir ki, ABŞ-nin İraqdakı sonuncu 9 hərbi bazasını da tərk etməsi ilə ölkədə xarici hərbi mövcudluğun yeni mərhələyə keçməsi gözlənilir.
İraqın müdafiə naziri Yəhya Rəsul “Əl-Cəzirə” telekanalına açıqlamasında koalisiya qüvvələrinin ölkədən çıxdığını bildirib. Bununla yanaşı, İraq ərazisində yerləşən bir sıra ABŞ bazalarının da boşaldıldığı qeyd olunub.
ABŞ 2003-cü ildə Səddam Hüseyn rejimini devirmək məqsədilə İraqa müdaxilə edib. Amerika qoşunları 2011-ci ildə ölkədən çıxarılıb. Lakin 2014-cü ildə İŞİD-in İraqda geniş əraziləri ələ keçirməsindən sonra ABŞ qüvvələri terror təşkilatı ilə mübarizə aparmaq üçün İraq hökumətinin dəvəti ilə ölkəyə yenidən yerləşdirilib.
İŞİD 2017-ci ildə İraqda ərazi nəzarətini itirdikdən sonra Vaşinqton 2024-cü ildə ölkədəki beynəlxalq koalisiyanın hərbi missiyasına son qoymaq qərarını açıqlayıb.
İraq və ABŞ 2024-cü ilin sentyabrında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasının başa çatdırılması üçün ikimərhələli keçid planı elan etmişdi.
Planın ilk mərhələsi İraqdakı koalisiya missiyasının başa çatdırılmasını və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığa keçidi nəzərdə tuturdu. İkinci mərhələdə isə Suriyada İŞİD-ə qarşı əməliyyatlara İraq ərazisindən dəstəyin davam etdirilməsi planlaşdırılırdı.
ABŞ mətbuatında yayılan məlumatlara görə, yüzlərlə amerikalı hərbçi İordaniyaya və Yaxın Şərqin digər bölgələrinə köçürüləcək.
Digər Xəbərlər
30 Sentyabr 2026 09:20
Pentaqon həmin vəzifələrin sayını 20% azaltmağı planlaşdırır
30 Sentyabr 2026 09:18
“İran sonda təslim olacaq”
30 Sentyabr 2026 09:10
Niderlandda 2 yaşlı uşaq evtanaziya edildi
29 Sentyabr 2026 17:51
Rusiyada hərbi təyyarə qəzaya uğradı - Ölənlər var
29 Sentyabr 2026 14:33
Ukrayna ordusunda yoxlamalara BAŞLADI
29 Sentyabr 2026 11:49
Jurnalist qayınatası və qayınanası tərəfindən öldürüldü
29 Sentyabr 2026 11:31
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO
29 Sentyabr 2026 11:23


Bakı -°C

