adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Aprel 2019 15:49
22928
ƏDƏBİYYAT

BÖYÜK ANA HAQQINDA DÜŞÜNCƏLƏR

(esse)

Çoxlarınıza əlçatmaz kimi görünən ucalıqadlı bir zirvənin fəth etmək hamıya qismət olmur. Çünki, bu zirvəyə gedən yol hamar deyil,dolaylardan keçir. Çünki, bu zirvəyə gedən yolun hər addımı vətənə, torpağa,xalqa, insana bağlılıqdan , dar ayaqdan ona arxa olmaqdan, ömrünün mənasını buyolda görməkdən qurulmalıdır. Məhz bu vaxt qazanılan hər nə varsa, onun sevinciinsan ömrünə fərəh gətirir. Bu sevinc də, fərəh də qəlblərdə daim yaşayır,xatırlanır. Həmçinin, o sevinci, o fərəhi sənə bəxş edən insan da öz əməlləriilə yaddaşlardan silinmir. Bu gün cismən həyatda olmasa da, mənən xalqımızın qəlbindəyaşayan Zərifə xanım Əliyeva kimi. Gözəl insan, gözəl ömür-gün yoldaşı, gözəlana, gözəl həkim...

Bəlkə də mən bu gün ürəklərimizdə əbədiləşənZərifə xanımı olduğu kimi xarakterizə edə bilmirəm. Hər halda özümə orada təskinlikverə bilmirəm ki, onun haqqında işlətdiyim bu bənzətmələr Zərifə xanım Əliyevafonomenini hərtərəfli əhatə edə bilməsə də, mənim ürəyimdən gələn bənzətmələrdir.

Doğulduğu, böyüyüb boya-başa çatdığı, təhsilaldığı, işlədiyi, təmasda olduğu mühit bu gözəl Azərbaycan qadınının taleyinəyazılan bir qismət idi ki, onun ucalığa aparırdı. Və bu ucalığın fövqündədayanmaqda isə Zərifə xanım Əliyevanın isəqurduğu ailənin də danılmaz rolundan danışmamaq olmaz. Ömrünün mənasınıxalqına xidmətdə görən bir insanla ailə qurması ona taleyin böyük bəxşişi idi.O da bu böyük bəxşişin bəxtiyarlığını, sevincini gördü. Cəmiyyətimiz üçün ikilayiqli övlad tərbiyə edib böyütdülər...

İnsanlara ana təbiəti, günəşi, insanlarıgörmək üçün yenidən nur bəxş edən Zərifə xanım gözlərini əbədi olaraq yumubhaqq dünyasına qovuşanda Moskva şəhərində yaşasalar da, doğma Azərbaycanla nəfəsalırdılar. Həmin müdhiş xəbəri—ölümü ilə ölməzliyə qovuşan, ucalıq zirvəsinəçatan bu gözəl insanın həyata vida xəbərini Odlar Yurdu da göz yaşları içində qarşıladı. Həmin göz yaşları ilə millətinyetirdiyi qeyrətli qadını son mənzilə yola saldı Onun ömür-gün yoldaşınabaşsağlığı verdi—bu başsağlığı həm də xalqın özünə verdiyi başsağlığı idi;çünki, Zərifə xanım bu xalqın övladı idi. Bütün varlığı ilə Azərbaycan qadınınaməxsus keyfiyyətləri özündə təcəssüm etdirən bir övlad, daşıdığı Azərbaycan qadınıadını hər şeydən uca tutan, başqalarına nümunə olan bir övlad.

Sədaqətli ömür-gün yoldaşı, dahi siyasətçi,müdrik insan Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra onu Moskvada "tək”qoymadı. Cənazəsini doğma vətənə gətirdi. Bu da uzunillik ailə həyatındaaralarında olan məhəbbətə, qəlbində yaşatdığı xatirələrinə, özünün Zərifəligünlərinə sədaqətin rəmzi idi.

O, həm də gözəl ana idi—İlhamın, Sevilinanası. Bu cəhətdən də Zərifə xanım xoşbəxtlərin xoşbəxti idi. Çünki övladlarıda bu gözəl ananın öyüd-nəsihətlərinin işığında xalqa, vətənə layiqli övladlarolduğunu sübuta yetirdilər, bu gündə həyatlarının mənasını insanlara xidmət etməkdəgörürlər—ataları, anları kimi.

... Neçə-neçə monorafiyanın, elmi məqalələrinmüəllifi olan Zərifə xanım özündə ana, qadın, insanlıq kimi ən ülvi hissləri cəmləşdirmişdir.Analıq, insanlıq, qadınlıq, həkimlik vəzifələrini canla-başla yerinə yetirməyəvaxt tapan Zərifə xanım bugünkü xoş və firavan günlərimizi yaşamağa vaxt tapabilmədi.

Yaşasaydı bu ilin aprel ayında xalqımızanadan olmasının 96 illiyini qeyd edəcəkdir. Yenə də qeyd edəcəyik 96illiyini—ancaq Zərifə xanımsız.

MuxtarMəmmədoğlu,

"Şərqqapısı” qəzetinin məsul katibi

Naxçıvan