adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Dekabr 2019 14:52
10542
GÜNDƏM

Bizə yazırlar

Bakı şəhər Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 209095-ci məhəllə,Ə.Qayıbov küçəsində müvəqqəti məskunlaşmış Füzulirayonundan məcburi köçkünMəmmədova Mahirə İbrahim qızıredaksiyamıza müraciət edib.

Mən Məmmədova Mahirə İbrahimqızı 1993-cü ildən Füzulirayonundan ailəlikcə məcburiköçkün düşmüşük. Məcburi köçkünkimi yuxarıda göstərilən ünvanda məskunlaşmışıq.Qızım Məmmədova Qönçə Bakı Mühəndis Tikinti Trestində işə düzəldi. Bir müddətdənsonra qızım işlədiyi trestin rəhbərliyinin köməkliyi ilə 1 sottorpaq sahəsi aldı. Rəhbərliyin köməkliyi ilə bu ərazidə taxtadan bir evtikdik. Ərazini zibillikdən təmizlədik vəabadlaşdırdıq. 2000-ci ildə həyat yoldaşım avtomobil qəzasında rəhmətəgetdi. Sonrakı illərdə oğlumu evləndirdim, qızım ərə getdi və ailəsi iləbirlikdə özünə ev tikib köçdü. Mən tək qaldım və 26 ildir ki, burada yaşayıram.

2006-cı ildə Metak şirkəti bu ərazidə yer alıbbura köçəndən sonra bizimlə birlikdə bu ərazidə məskunlaşan 30-a yaxın məcburiköçkün ailəsini sıxışdırmağa başladı. Onlar bir neçə idarənin ərazisini pulla alıb ərazilərini böyütdülər.İndi də düşüblər mənim – 78 yaşlı ananınüstünə ki, məni burdan çıxarsınlar. Baxmayaraq ki, mənim yaşadığım ərazininMetak şirkətinə heç bir aidiyyatıyoxdur, onlar mənim evimin sökülməyini tələb edirlər.

Bununla bağlı onlar məhkəməyəmüraciət etmələrinə baxmayaraq, həmin əraziyə dair sənədləri olmadığı üçün hərhansı bir sübut təqdim edə bilmirlər.

2006-cı ildən cənab Prezidentin2004-cü il tarixli 296 saylı sərəncamı olmasınabaxmayaraq, Metak şirkəti mənimlə mübarizə aparır. Ermənilərdən canımızıqurtarıb qaçsaq da, Metak MMC şirkətinin qanunsuz təzyiqlərinə dözə bilmirəm.

Hörmətli redaksiya, sizə müraciətedərək xahiş edirəm ki, mənim müraciətimi qəzetinizdə dərc edəsiniz ki, cənabPrezidentimizin sərəncamına uyğun olaraq məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə salınan yeni qəsəbələrə köçürülənədək mülkiyyətindən asılı olmayaraq1992-98-ci illərdə müvəqqəti məskunlaşdıqlarıictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsiniMetak MMC şirkətinin nəzərinə çatdırasınız.

Hörmətlə:

Füzuli rayonundanməcburi köçkün Məmmədova Mahirə İbrahim qızı