"Biz də süni intellektdən səmərəli istifadə etməliyik" - Konstitusiya Məhkəməsinin sədri

“Bir həmkarımız Qazaxıstandan gəlib. O bildirir ki, artıq Qazaxıstan məhkəmələrində süni intellektin rəylərindən istifadə olunur”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
“Süni intellektin rəyi sübut növü kimi məhkəmədə qəbul olunur və araşdırılır, buna qiymət verilir. Yəni, süni intellektin qarşısında məsələ qaldırılır və onun rəyindən sübutlarda istifadə olunur. Bununla razılaşmaq da, razılaşmamaq da olar. Amma bu bir faktdır ki, süni intellektin inkişafı dayanmayacaq. Bu, gedən bir prosesdir və bunu qəbul etmək lazımdır. Biz də bundan səmərəli istifadə etməliyik”, - deyə F.Abdullayev bildirib.
Digər Xəbərlər

Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqləndi

“Bu əməliyyatla 10 min erməni silahlısı əsgərimiz tərəfindən fərari statusu ilə “təltif” edildi”

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi

Ermənilər antiterror əməliyyatında nə qədər itki verib? - AÇIQLANDI

“Azərbaycanın antiterror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi”

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edildi

Antiterror əməliyyatının ildönümüdür
