19 Sentyabr 2025 12:38
126
MƏMLƏKƏT

Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıq müəssisə və təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə tabeliyində olan "Balıqçılıq və Akvakultura Mərkəzi"nə verilir.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və "Xıllı balıq" Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilir.