"Ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır" - Milli Məclisdə mübahisə
Milli Məclisdə deputat Fazil Mustafa ilə vitse-spiker Ziyafət Əsgərov arasında mübahisə yaşanıb.
Adalet.az xəbər verir ki, Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr etdiyi konfransda çıxış edən deputat Fazil Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “Bütöv Azərbaycan” terminin canlanacağı gün olacaq.
Onun sözlərinə görə, çünki Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, onda ayrılmaz hissə kimi qalırdı: “Lakin bu gün quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq. Bu baxımdan çalışmalıyıq ki, bundan sonra dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır. Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslanrının saxlannması ilə, amma bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”.
Vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın fikri ilə razılaşmayıb. MM sədrinin müavini bildirib ki, dövlət və xalq başqa anlayışlardır: “Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən söhbət gedir. Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Ora quru yolu var və ya yoxdur, bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil. Belə çıxır. Bu sözləri deyəndə ehtiyatlı olun! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir! Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub. Naxçıvana quru yol da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır”.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

