adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2017 12:54
21767
MARAQLI

Birləşmiş Ərəb Əmirliklərində 9 xanım nazir var

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb.

Adalet.az-ın məlumatına görə, kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış ölkə etmək tapşırığı alıb.

Şeyx Mohammad deyib ki, yeni hökumət BƏƏ-ni məqsədi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin millətin idarə edilməsinə gəncləri cəlb etmək olan çiçəkli yüzilliyə sürətlə aparacaq

Yeni hökumət BƏƏ-nin tarixində 13-cüdür və yeni təyinatlara şahidlik edir:

27 yaşlı cənab Omar Bin Sultan Al Olamasüni intellekt üzrə dövlət naziri,30 yaşlı xanım Sara Al Amiriqabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi gələcək qida təhlükəsizliyi üzrə dövlət naziri.

Yeni kabinet 31 nazirdən ibarətdir. Kabinetin tərkibinə 9 xanım nazir daxildir ki, bu da hökumətdə qadın təmsilçiliyinin 29 faiz artımı deməkdir.

Qeyd edək ki, mart ayında BƏƏ-ni dünyanın ən yaxşı ölkəsi etmək məsqədilə BƏƏ Yüzillik Planı 2017 işlənib hazırlanıb.(modern.az)