Bir neçə rayon və qəsəbədə qaz olmayacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq.
“Azəriqaz”dan Adalet.az-a verilən məlumata görə, bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin paytaxtın Yasamal və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər
13 Mart 2026 12:11
19 yaşlı qadın doğuş zamanı öldü
13 Mart 2026 10:41
Sumqayıtda PARTLAYIŞ - Yaralılar var - YENİLƏNİB
13 Mart 2026 10:21
Bakıda binanın həyətindən meyit tapıldı
12 Mart 2026 19:20
Xəlil Köçərli 100 yaşında vəfat etdi
12 Mart 2026 11:34
Yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO
11 Mart 2026 11:22
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
10 Mart 2026 18:50
Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI
10 Mart 2026 14:08


Bakı -°C

