adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 17:33
100
MƏMLƏKƏT
A- A+

Bir ildə ölkədə neçə uşaq doğulub?

2025-ci ildə 95875 körpə doğulub.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub.

Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3), Lənkəran-Astara (11,2), Şərqi Zəngəzur (11,1), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz və Mərkəzi Aran (10,6), Quba-Xaçmaz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.