Azərbaycanda quş qripi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB
Bu ilin 2-6 fevral tarixlərində ölkə ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a verilən məlumata görə, monitorinq dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib.
Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik material nümunələri götürülüb.
Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində, 17 rayonun (şəhər) ailə təsərrüfatında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Monitorinq müddətində götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Digər Xəbərlər
20 Fevral 2026 12:54
Sabah Bakıda 18 dərəcə isti olacaq
20 Fevral 2026 12:51
Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ - FOTOLAR
20 Fevral 2026 10:15
Güclü külək səhər saatlarından zəifləyib
19 Fevral 2026 23:15
Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO
19 Fevral 2026 18:02
Suyun qiyməti bahalaşacaq?
19 Fevral 2026 17:43
Xocavənddə 30 evin təmiri üçün 1,7 milyon manat ayrıldı
19 Fevral 2026 17:07
Vilayət Eyvazov sıra baxışı keçirdi - 14 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
19 Fevral 2026 13:54


Bakı -°C

