Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi
Fevralın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
20 Fevral 2026 18:35
Ramazanın ikinci günü: İFTAR VAXTIDIR
20 Fevral 2026 17:38
Antiinhisar Dövlət Agentliyinin üç qurumu birləşdirilir
20 Fevral 2026 17:21
“Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC yaradılır
20 Fevral 2026 16:54
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir
20 Fevral 2026 16:51
Onların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşdi
20 Fevral 2026 16:27
Vaşinqtonda anti-milli ünsürlərin Azərbaycana qarşı təxribat cəhdi - VİDEO
20 Fevral 2026 14:08
"Koronavirus dövründə insanlar kütləvi şəkildə MAXE olmağa üz tutdular" - Deputat
20 Fevral 2026 14:06


Bakı -°C

