Bir ay sonra həmin öhdəliklərin icrasını dayandırdılar
İran ABŞ ilə münaqişənin dayandırılmasına dair memorandum çərçivəsindəki öhdəliklərinin icrasını dayandırıb.
Adalet.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi bildirib.
“Biz də öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onları yerinə yetirmirik, çünki milli müdafiə məsələləri ilə məşğuluq”, - deyə o bildirib.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, amerikalıların özləri İrana qarşı “təcavüzkar hərəkətlər” törətməklə memorandum üzrə öhdəliklərini pozublar.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə başlamaq məqsədi daşıyan müvəqqəti anlaşma memorandumu imzalamışdılar.
Digər Xəbərlər
18 Iyul 2026 17:12
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
18 Iyul 2026 16:49
İranda ölən mülki şəxslərin sayı 50-yə çatdı
18 Iyul 2026 15:56
İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu
18 Iyul 2026 15:51


Bakı -°C

