31 Iyul 2023 12:32
2017
TEXNOLOGİYA

Bir anda parladı, sönə-sönə gedir - Sosial şəbəkə özünü doğrultmadı

Milyonların marağına səbəb olan sosial şəbəkə istifadəçi sayını sürət itirir.

"Meta"nın yeni "Threads" sosial şəbəkəsi indiki istifadəçi sayı 50 milyondan azdır. 

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq işçilərlə telefon danışığında əvvəlcə sosial şəbəkədə 100 milyondan çox insanın qeydiyyatdan keçdiyini, lakin onların yarıdan çoxunun sosial platformanı tərk etdiyini bildirib.

O, bu vəziyyəti "normal" kimi qiymətləndirib və əlavə edib ki, sosial şəbəkəyə yeni funksiyalar əlavə olunanda istifadəçilərin sayının artacağını gözləyir - məhz onların olmamasına görə istifadəçilər tətbiqi tənqid ediblər.

Emin